Coğrafiya İnstitutu “YAŞAT” Fonduna ianə edib
Mart 25, 2021 | 11:57 / Konfranslar, iclaslar
Mart 25, 2021 | 11:57 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə
AMEA akademik H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində ianə edib.
Qeyd edək ki, Coğrafiya İnstitutunun rəhbərliyi və kollektivi şəhid və qazi ailələrinə xüsusi qayğı ilə yanaşır, vaxtaşırı onları evlərində və ya xəstəxanada ziyarət edərək problemləri ilə maraqlanır, müəyyən köməkliklər göstərməklə sevindirməyə çalışırlar.
AMEA akademik. H. Əliyev adına Coğrafiya İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə:
(012) 538-59 76 ; mob. (050) 630-10-21