AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Qazaxistanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə Keçəcəklər
Apr 19, 2021 | 11:39 / Konfranslar, iclaslar
Oxunub 48 dəfə

Qazaxıstanın Ş.Yesenov adına Kaspiy Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin doktorantları AMEA Neft və Qaz İnstitutunda təcrübə keçəcəklər.

Təlim çərçivəsində  Neft və Qaz İnstitutunun mütəxəssisləri neft-qaz mühəndisliyi istiqaməti üzrə öz bilik və təcrübələrini universitetin doktorantları ilə bölüşəcəklər.

Universitetin doktorantlarına İnstitutun direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev elmi məsləhətçi təyin edilmişlər.  Təlim pandemiya rejimi ilə bağlı onlayn rejimdə reallaşır.

İlk onlayn görüşdə iştirak edən İnstitutun direktoru akademik Fəxrəddin Qədirov İnstitut alimlərinin neft-qaz yataqlarının işlənməsi, istismarı və quyuların qazılması istiqamətində uzun illər ərzində topladıqları bilik və təcrübənin qazaxıstanlı həmkarların elmi fəaliyyətinə, eləcə də Qazaxıstanın neft-qaz elminin inkişafı üçün faydalı ola biləcəyini qeyd edib. Direktor həmçinin, Qazaxıstan Respublikası üçün elmi kadrların hazırlanmasında iştirak etdiklərindən məmnunluğunu bildirib, əməkdaşlığa həmişə hazır olduqlarını vurğulayıb.

Sonda akademik Fəxrəddin Qədirov təlim iştirakçılarına və təşkilatçılara effektiv əməkdaşlıq və konstruktiv dialoq arzulayıb. 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015