AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan və Böyük Britaniyanın gənc seysmoloq alimləri arasında müzakirələr keçirilib
Apr 19, 2021 | 11:47 / Konfranslar, iclaslar
Oxunub 55 dəfə

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Böyük Britaniyanın Oxford və Kembric  Universitetləriinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda  növbəti müzakirələr keçirilib. İclasda Azərbaycan və Böyük Britaniyadan olan gənc alimlərinin birgə layihələrdə iştirakına dair məsələlər müzakirə olunub.

“Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Azərbaycan tərəfindən RSXM-nin baş direktorun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər. 

İclasa moderatorluğu - Oxford Universitetinin və Azərbaycan Milli Emlər Akademiyasının təmsilçisi  Rəşid Cavanşir edib. 

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları Rafiq Səfərov və Orxan Abbasov da  müzakirələrdə iştirak ediblər. 

AMEA nəzdində RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova RSXM-də görülən işlərlə bağlı geniş təqdimat edib, maraq doğuran sualları cavablandırıb. 

Daha sonra Geologiya və Geofizika İnstitutunun əməkdaşları “Müasir geodinamika və kosmik geodeziya” şöbəsinin aparıcı elmi işçisi Rafiq Səfərov və “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov apardıqları elmi istiqamətlərə dair çıxışlar edərək, birgə tədqiqatların “yol xəritəsi”nin tərtib edilməsinin vacibliyindən  danışıblar. 

Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb, görülmüş işlərə dair hesabat xarakterli növbəti iclasın keçirilməsi qərara alınıb. 

İclasda layihənin ümumi koordinatoru, professor Riçard Volker də  iştirak edib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015