AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Neft-Qaz problemləri və perspektivləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcək
Apr 26, 2021 | 11:33 / Konfranslar, iclaslar
Oxunub 33 dəfə

Mayın 24-də AMEA-nın Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Neft-qaz problemləri və perspektivləri” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. Konfrans neft və qaz geologiyası, geokimya, geofizika, geodinamika, geoekologiya, hidrogeologiya, quyuqazma texnologiyaları elmi istiqamətlərini əhatə edəcək.

  Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 14- dək conference@ogi.az email ünvanına göndərə bilərlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015