AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA Neft və Qaz İnstitutu ilə UFAZ arasında görüş keçirilib
May 03, 2021 | 11:52 / Konfranslar, iclaslar
Oxunub 30 dəfə

AMEA Neft və Qaz İnstitutu ilə Azərbaycan-Fransız Universitetinin (UFAZ) arasında görüş keçirilib.

Tədbirdə AMEA Neft və Qaz İnstititunun direktoru akademik Fəxrəddin Qədirov, direktor müavini, g.-m.e.d., prof. Vaqif Qurbanov, elmi katib, y.e.f.d.  Şəlalə Hüseynova, şöbə müdirləri və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov,   baş tədqiqatçı Filip Turek,  Yer elmləri üzrə magistr proqramı koordinatoru Klara Cordi, Neft və qaz mühəndisliyi  üzrə proqram koordinatoru Fidan Aslanzadə iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan  Fəxrəddin Qədirov elm və təhsilin inteqrasiyası istiqamətində rəhbərlik etdiyi institutun  UFAZ-la əməkdaşlığının vacib olduğunu və həmişə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüşdə hər iki tərəfin nümayəndələri müəssisələrinin fəaliyyətindən, gələcək perspektivlərdən danışaraq gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

Tel.: +99470 977 47 78 (Könül Abbasova)

E-mail: konulabbas777@gmail.com  

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015