AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM-nin Elmi - Texniki Şurasının iclası keçirilib
İyn 01, 2021 | 11:37 / Konfranslar, iclaslar
Oxunub 326 dəfə

1 iyun 2021-ci il tarixində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi - Texniki Şurasının növbəti iclası keçirilib. 

“Zoom” platforması üzərindən video konfrans formatında keçirilən iclasda əvvəlcə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli gündəliyi elan edib. Daha sonra gündəliyə salınmış məruzələr təqdim edilib.

 RSXM - nin “Ümumi“ şöbəsinin müdiri Ağa Mirzəyev Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarının, AMEA Rəyasət Heyətinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar yerinə yetirilən işlər haqqında məruzə edərək bildirib ki, sənədlərin icrası mövcud qanunvericiliyə və təlimata uyğun olaraq həyata keçirilib.

Daha sonra 2020-ci il üzrə AMEA nəzdində RSXM-də aparılan elmi-tədqiqat işləri ilə bağlı məruzələr təqdim edilib. 

RSXM - nin “Seysmologiya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli “Azərbaycan ərazisində anti-Qafqaz istiqamətli dərinlik qırılmaları və onların seysmiklikdə əksi (2020-2022-ci illər)”, eləcə də  AR Prezidenti Yanında Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun "Azərbaycan Respublikası ərazisinin şimal hissəsi və Rusiya Federasiyasının cənub hissəsi daxil olmaqla Böyük Qafqazın şərq seqmentinin seysmotektonik və paleoseysmoloji tədqiqi" (2020-2022-ci illlər)  1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant layihəsinin (EİF-BGM-4-RFTF-1/2017) gedişatı haqqında, “Seysmoloji materialların təhlili və təfsiri” şöbəsinin müdiri Rasimə Abdullayeva “TAU kinematik parametrləri əsasında geoloji mühitin gərginlik vəziyyətinin qiymətləndirilməsi (2020-2022-ci illər)”, RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov “Çoxkomponentli rəqəmsal seysmometrlər vasitəsi ilə Azərbaycanın su anbarlarında seysmik təhlükənin qiymətləndirilməsi (Taxtakörpü su anbarı timsalında, 2020-2022-ci illər)”, “Maqnitometriya” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Hümbət Vəliyev özünün və “Qravimetriya” şöbəsinin müdiri Elçin Bağırovun birgə işlədiyi “Azərbaycanın qravimaqnit sahələri xəritələrinin 1:500 000 miqyasında tərtib olunması" (Böyük Qafqazın cənub yamacı, Kür ətrafı-Talış və Quba -Xəzəryanı ərazilərinin maqnit sahəsinin gərginliyinin və qravitasiya potensialının xəritəsinin tərtibi”(2020-2022-ci illər) ilə bağlı görülmüş işlərə dair, “Geodinamika” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov “Şərqi Aralıq dənizi və Qafqaz regionunun müasir geodinamikasının müqayisəli təhlili (2020-2025-ci illər)”mövzusunda aparılan tədqiqatlar, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşı Lalə Fəttahova “Mühəndisi-geoloji və hidrogeoloji məlumatlar əsasında Abşeron yarımadası ərazisində seysmik təhlükə səviyyəsinin qiymətləndirilməsi, seysmik təhlükə səviyyəsinə təsir edən tektonik və geomorfoloji şəraitin tədqiqi (2020-2022-ci illər)” mövzusunda işlərin gedişatı, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov “Ukrayna Elm və Texnologiya Mərkəzinin P750 "Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" qrant layihəsinin icra vəziyyəti  haqqında  (2019-2022-ci illər)”, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Ramidə Kərəmova “Azərbaycanda aparılan illik SFGD monitorinq əsasında Azərbaycan ilə həmsərhəd ölkələrdə (Rusiya-Dağıstan; Gürcüstan, Türkiyə və İran) baş verən güclü zəlzələlərin seysmogeokimyəvi və seysmohidrogeodinamik kriteriyaları üçün qanunauyğunluqların aşkar edilməsi (2020-2022-ci illər)” mövzularında məruzələrlə çıxış ediblər. 

Qeyd edək ki, təqdim olunan hər bir məruzə ətrafında müzakirələr aparılıb və məruzəçilər ETŞ üzvülərinin suallarını cavablandırıblar.

İclasa yekun vuran RSXM-nin baş direktoru, professor Qurban Yetirmişli AMEA-da aparılan islahatlar və struktur dəyişiklikləri barədə danışıb. Baş direktor AMEA-nın müvafiq qərarına əsasən  RSXM-nin strukturunda da bəzi dəyişikliklərin aparılacağını bildirib.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015