AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
GGİ-də gənc alimlərin və tələbələrin 8-ci beynəlxalq elmi konfransı keçiriləcək
İyn 07, 2021 | 12:10 / Konfranslar, iclaslar
Oxunub 216 dəfə

Geologiya və Geofizika İnstitutu (GGİ) "Geologiya və geofizikada innovasiyalar" mövzusunda gənc alimlərin  və tələbələrin 8-ci Beynəlxalq elmi konfransını reallaşdırmağa hazırlaşır. Oktyabrın  5-8-də keçiriləcək onlayn  elmi tədbir "Nizami Gəncəvi ili" nə həsr olunur .

Konfransdan  məqsəd geologiya və geofizika sahələrində çalışan, təhsil alan  gənc tədqiqatçıları bir araya gətirməkdir.

Elmi konfrans öz işini Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar, geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları, Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi, karbohidrogen və filiz-maqmatik sistemlər, kompüter elmləri və geologiyası , Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları kimi sahələr ətrafında qurmağı planlaşdırır.

Qeydiyyat üçün aşağıdakı link təqdim olunur:

https://sites.google.com/view/ggi2021

2021-ci il iyunun 15-i qeydiyyat üçün  son tarixdir.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015