AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA Neft və Qaz İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək
İyn 07, 2021 | 12:12 / Konfranslar, iclaslar
Oxunub 20 dəfə

İyun ayının  17-də  saat 11-00-da  AMEA Neft və Qaz İnstitutunda “Geologiya”və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək.

Ağayev Zülfüqar Ağa oğlunun y.e.f.d. Şəlalə Hüseynovanın rəhbərliyi ilə “Şamaxı – Qobustan rayonunda çöküntütoplama prosesinin geokimyəvi şəraitinin tədqiqi (Pirəkeşkül kəsilişi timsalında)”, İsmayılov İsmayıl Həsən oğlunun g.m.e.d., prof. Vaqif Qurbanovun rəhbərliyi ilə “Pirallahı strukturunun məhsuldar qat çöküntülərinin litologiyası və əmələgəlmə şəraiti” , Rəcəbli Anar Zülfüqar oğlunun AMEA müxbir üzvü Qərib Calalovun rəhbərliyi ilə “Çatlı kollektorlu laylarda mayenin süzülməsi prosesində yaranan termodinamik amillərin işlənilmə göstəricilərinə təsirinin tədqiqi”, Gülməhəmmədov Murad Gülməhəmmədov oğlunun AMEA müxbir üzvü Qalib Əfəndiyevin rəhbərliyi ilə “Qazma zamanı baş verən udulmaların praqnozlaşdırılması və onlarla mübarizə” mövzuları üzrə dissertasiya işləri təqdim olunacaq.

Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:

Tel.: +99470 977 47 78 (Könül Abbasova)

E-mail: konulabbas777@gmail.com  

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015