AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
GGİ Əməkdaşlarının övladlarina “Bilik Günü” münasibətilə hədiyyələr təqdim olunub
Sen 21, 2021 | 03:02 / Maraqlı məlumatlar
Oxunub 239 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsi (HİK) təşəbbüsü ilə “Bilik Günü” ilə əlaqədar elmə xidmət edən İnstitut əməkdaşlarının sosial təminatının yaxşılaşdırılmasına töhfə vermək və övladlarında elmə ibtidai həvəs yaratmaq məqsədilə məktəb ləvazimatlarından ibarət hədiyyələr alınmışdır.

İnstitut əməkdaşlarının 50 nəfərdən çox məktəbli övladları üçün (onlardan 10 nəfəri ilk dəfə məktəbə gedəcək) alınan hədiyyələr Covid–19 pandemiyası ilə bağlı müvafiq tələblərə əməl olunmaqla GGİ HİK sədri, institutun “Beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri geologiya üzrə fəlsəfə doktoru Kamran Əliyev tərəfindən kollektiv əməkdaşlarına təqdim olunmuşdur.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

 

                                                                                           

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015