AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
GGİ əməkdaşları dənizdə və qurudakı palçıq vulkanalrını tədqiq edirlər
Okt 23, 2021 | 01:49 / Mühüm hadisələr
Oxunub 248 dəfə

Geologiya və Geofizika İnstitutu (GGİ) “Palçıq vulkanizmi” şobəsinin əməkdaşları – aparıcı elmi işçi, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və böyük laborant Aygün Bayramova Xəzər dənizində və sahilə yaxın yerləşən palçıq vulkanlarında bir neçə gündür ki, tədqiqat işləri həyata keçirirlər. Araşdırmalardan məqsəd İnstitutun doktorantı Aygün Bayramovanın dissertasiya işi ilə bağlı Xəzərdə yerləşən Xərə-Zirə, Zənbil və Qarasu, eyni zamanda, sahilyanı zonada qeydə alınan Hamamdağ, Bəndovan və Bahar kimi aktiv fəaliyyətdə olan palçıq vulkanlarının yer səthinə və atmosferə xaric etdikləri məhsulları (palçıq, su, neft və qaz) geoloji, mineraloji və geokimyəvi baxımdan tədqiq etmək, həmçinin vulkanların daxilində baş verən prosesləri, xüsusilə flüid-süxurun qarşılıqlı əlaqəsini müqayisəli şəkildə araşdırmaqdır.

GGİ əməkdaşlarının adıçəkilən vulkan sahələrindən gotürdükləri nümunələr üzərində analitik tədqiqatlar Avstriyanın Graz Texnologiya Universitetində həyata keçiriləcək. Gənc doktorantın həmin elm müəssisəsinə ezam olunması da planlaşdırılır.

GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə: 050 370 88 44; (012) 539 39 62

shirmamed.nazarli@yandex.ru

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015