AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
İsmayıllı rayonunda yeni seysmik stansiya quraşdırılıb
Noy 15, 2021 | 02:14 / Mühüm hadisələr
Oxunub 220 dəfə

Respublika ərazisində seysmik monitorinq şəbəkəsinin genişləndirilməsini davam etdirən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi əməkdaşları İsmayıllı rayonunun Zərnava kəndində daha bir seysmik stansiyanın quraşdırılmasını sona çatdırıblar.

Bu beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərazisində quraşdırılan sayca üçüncü yeni seysmik stansiyadır.

Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Həmin stansiyaların on ikisi palçıq vulkanlarının ətrafında quraşdırılacaq.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

Əlaqə: 012492-34-57

E-mail: vusale-777@mail.ru

vusalarafiqqizi@gmail.com

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015