AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-də Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir
Mart 05, 2022 | 09:35 / Konfranslar, iclaslar
Oxunub 249 dəfə

8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) tədbir keçirilib. Tədbirdə çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli əvvəlcə mərkəzdə çalışan xanımları bayram münasibəti ilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Baş direktor mərkəzdə çalışan xanımlar arasında məsul vəzifə tutan, elmlə məşğul olan əməkdaşların olduğunu bildirib. Azərbaycanda qadınların bütün sahələrdə çalışdıqlarını vurğulayan professor ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb. 

Onun sözlərinə görə, Azərbaycanda  qadınlara hər zaman yüksək diqqət olub. Q.Yetirmişli Azərbaycanın birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın  fəaliyyətinin bütün xanımlar üçün örnək olduğunu deyib. “Bu gün bizim birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın  fəaliyyəti bütün qadınlarımız üçün nümunədir. Mehriban xanımın  milli - mədəni sərvətlərimizin tanıdılması, tarixi abidələrimizin qorunması və beynəlxalq aləmə çatırılmasında misilsiz xidmətləri var. O, bu gün də Cənab Prezidentimizlə çiyin-çiyinə ölkəmizin ictimai-siyasi, mədəni həyatında böyük işlər görür”.

Baş direktor çıxışı zamanı mərkəzin gənc xanım əməkdaşlarını ölkəmizin elmi və elmi - ictimai həyatında fəal olmağa çağırıb. 

Daha sonra RSXM-nin İnformasiya şöbəsi tərəfindən mərkəzdə çalışan xanımların fəaliyyətinə dair hazırlanmış videoçarx nümayiş etdirilib və xatirə şəkili çəkilib.  

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015