Mart 10, 2022 | 02:51 / Konfranslar, iclaslar
Coğrafiya İnstitutunun nəşri olan "Hüseyn Ağamalı oğlu Xəlilovun biblioqrafiyası" çapdan çıxıb.
İnstitutun Geomorfologiya və təbii risklər şöbəsinin sabiq şöbə müdiri, coğrafiya elmləri doktoru, mərhum professor Hüseyn Xəlilovun biblioqrafiyasına həsr olunmuş kitabça buelm müəssisəsi Elmi şurasının 26 yanvar 2022-ci il tarixli 2 saylı qərarı və həmin şöbənin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Tofiq Qurbanovun şəxsi təşəbbüsü ilə nəşr olunub.
Biblioqrafiyada görkəmli coğrafiyaçı alimin həyatının, elmi, elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyətinin əsas mərhələləri əks olunub.
Kitabça elmi işçilər, coğrafiya və geologiya sahəsində çalışan mütəxəssislər, həmçinin elmin tarixi ilə maraqlananlar üçün nəzərdə tutulub.
AMEA akademik. H. Əliyev adına
Coğrafiya İnstitutunun Beynəlxalq
və İctimaiyyətlə əlaqələr şöbəsi