AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Gimnaziyada Cİ rəhbəri ilə görüş keçirilib
Mart 14, 2022 | 10:08 / Konfranslar, iclaslar
Oxunub 267 dəfə

S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminovla görüş keçirilib.

Elm və təhsilin vəhdəti istiqamətində təşkil edilən tədbirdə Gimnaziyanın rəhbərliyi, coğrafiya kafedrasının nümayəndələri, Kiçik Akademiyanın coğrafiya bölməsində fəaliyyət göstərən şagirdlər, BDU-nun “Sabah qrupu”nun Gimnaziyada pedaqoji  təcrübə keçən bir qrup tələbəsi, eləcə də Coğrafiya İnstitutunun aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov  iştirak ediblər.

Görüş “Şuşa ili” çərçivəsində Qarabağın coğrafiyası mövzusuna həsr olunub. Gimnaziyanın İstedadlı şagirdlərinin Qarabağ və işğaldan azad edilmiş rayonların coğrafiyasına dair  təqdimatları dinlənilib. Sonra şagirdlər İnstitut rəhbəri Zakir Eminovun elmi fəaliyyətinə həsr etdikləri videofilmi nümayiş etdiriblər.

Zakir Eminov çıxış edərək şagirdlərə Coğrafiya İnstitutunun fəaliyyəti,  İnstitut alimlərinin orta məktəblər üçün nəşr etdirdikləri və  özünün müəllifi olduğu çoxsaylı coğrafiya dərslikləri və s. haqqında məlumat verib. Görüşdə Gimnaziyanın elmi müəssisələrlə əməkdaşlıq perspektivləri müzakirə edilib. Z.Eminov şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması, İnstitutun imkanlarından istifadə məsələləri ilə bağlı təkliflər verib, Gimnaziyanın kitabxanasına qiymətli kitablar hədiyyə edib. Alim şagirdləri maraqlandıran çoxsaylı sualları da cavablandırıb.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015