AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA Neft və Qaz İnstitutunda Bakı Dövlət Universitetinin tələbələri təcrübə keçirlər
Mart 17, 2022 | 03:48 / Konfranslar, iclaslar
Oxunub 251 dəfə

Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinin sonuncu kurs tələbələrinin bir qismi AMEA Neft və Qaz İnstitutunda, o cümlədən onlardan 4 nəfəri şöbə müdiri Bünyad Kazımovun rəhbərliyi ilə “Karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri” şöbəsində təcrübə keçirlər. Tələbələr təcrübə müddətində şöbədə yerinə yetirilən elmi-tədqiqat işinin  mövzusuna uyğun olaraq araşdırılan məsələlər haqqında müfəssəl nəzəri-təcrübi biliklər əldə edir, həmin məsələlərin həllinə tətbiq edilən metodiki yanaşmalar və alınmış müvafiq həll və alqoritmlərin kompüterdə realizasiyası üzrə əməli bacarıqlara yiyələnirlər. Onlar eyni zamanda şöbənin son illər ərzindəki elmi-təşkilati fəaliyyətinə dair zəruri informasiyalar əldə edirlər.

Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015