
Mart 18, 2022 | 10:50 / Konfranslar, iclaslar
Azərbaycan Dövlət Neft vəSənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) “Geofizika mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 4-cü kursun 12 tələbəsi Neft və Qaz İnstitutunun “Neftli-qazlı komplekslərin litologiyası”, “Neftli-qazlı hövzələrin analizi”, “Lay sistemlərinin hidrogazdinamikası”, “Müasir qazmanın nəzəri və tətbiqi problemləmləri” və “Laydaxili dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbələrində təcrübə keçəcək.
Bu münasibətlə təşkil olunmuş tədbirdə İnstitutun icraçı direktoru g-m.e.d, professor Vaqif Qurbanov tələbələrə uğurlar arzulayıb, burada iştirak etdiklərinə görə məmnun olduğunu vurğulayıb.
Təhsil şöbəsinin müdiri Arif Hüseynov tələbələrə təcrübə qrafikini və elmi rəhbərlərinin təyin olunması barədə məlumat verib.