AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyaçı alim fəxri ada layiq görülüb
Sen 09, 2022 | 01:55 / Konfranslar, iclaslar
Oxunub 66 dəfə

Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin (Beynəlxalq Alimlər, Müəllimlər və Mütəxəssislər Assosiasiyası) qərarı ilə akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri, c.ü.f.d., dosent Zaur İmrani “Əməkdar elm və təhsil işçisi” Fəxri adına layiq görülüb.

Bu ad ona elmi nəşrlərinə (Web of Science), layihələrdə iştirakına və elmi yeniliklərinə görə verilib.

Qeyd edək ki, bu ad elm və texnikanın prioritet sahələrinin inkişafında, elmi məktəblərin yaradılmasında, elmi kadrların   yetişdirilməsində və hazırlanmasında xidmətlərinə görə fəlsəfə doktoru elmi dərəcəsi olan alimlərə verilir.

Əliyev adına Coğrafiya İnstitutunun

Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsi

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015