AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Neft və Qaz İnstitutunda I kurs magistrantları ilə görüş keçirilib
Sen 13, 2022 | 09:03 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

Görüşdən məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və davamlılığının təmin edilməsi olub.

Tədbirdə İnstitutun icraçı direktoru g.-m.e.d., prof. Vaqif Qurbanov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov və Neft və Qaz İnstitutunun I kurs magistrantları iştirak ediblər.

Görüşü Vaqif Qurbanov açaraq tələbələri magistraturaya qəbula görə təbrik edib, magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, gənclərin elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olunmaq istəyənlərin sayı ildən-ilə çoxalır.

Professor doktoranturaya və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrlərinin əla nəticə göstərmələrinə də toxunub və bunun akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsi olduğunu bildirib.

Sonra şöbə müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodik xarakterli məlumatlarla tanış edib.

Sonda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015