AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutu elmi şurasının iclası
Sen 12, 2022 | 09:15 / Konfranslar, iclaslar
Oxunub 72 dəfə

Baş direktor coğrafiya elmləri doktoru Zakir Eminovun sədrliyi ilə akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.

Zakir Eminov şura üzvlərini gündəlikdə duran məsələlərlə   tanış etdikdən sonra Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli  Fərmanından irəli gələn bir sıra məsələlərə toxunub, əməkdaşların işə davamiyyəti, əmək intizamı ilə bağlı tövsiyələr verib.

Sonra iclasda  Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi” haqqında albom-monoqrafiyanın və Şuşa ilə bağlı ilin sonunadək nəşri baş tutacaq kitabın hazırlanmasının vəziyyəti, oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan konfranslara hazırlıq, İnstitutun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı və digər məsələlər müzakirə olunub.

Akademik H. Əliyev adına

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015