AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiya İnstitutu əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc edilib
Sen 13, 2022 | 11:40 / Yeni nəşrlər
Oxunub 90 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyevin elmi məqaləsi yüksək reytinqli beynəlxalq jurnalda (Journal of Archaeological Science: Reports 2022. Vol. 45. No. 103621) dərc edilib.

“Azərbaycanın Kiçik Qafqaz bölgəsinin Kəlbəcər  (Keçəldağ) obsidian mənbəyinin geoloji-geokimyəvi səciyyəsi” adlı məqalədə Azərbaycanın cənub-qərbindəki Keçaldağ  obsidian mənbəyinin geoloji və geokimyəvi xarakteristikası təqdim olunur. Nümunələr ilkin mənbələrdən toplanmış və Missuri Universitetinin Tədqiqat Reaktorunda XRF üsulu ilə 12 element üzrə analiz edilmişdir.

Bu, ilk dəfə olaraq əvvəllər beynəlxalq arxeologiya aləmində obsidian mənbəyi kimi az məlum olan Keçaldağın hərtərəfli geokimyəvi səciyyəsini əldə etməyə imkan verir. Obsidianlarda olan Rb,  Sr elementlərinin miqdarına görə Keçaldağ qonşu Sünik qrupundan və Kiçik Qafqazın digər mənbələrindən aydın şəkildə fərqlənir.  Alınmış elmi məlumatlar Kiçik Qafqaz və qonşu regionların  Paleolit, Neolit və Tunc dövründə obsidian istismarının dərindən öyrənilməsi üçün istifadə oluna bilər.

Akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015