AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyanın müasir problemlərinə dair konfrans keçiriləcək
Sen 13, 2022 | 09:04 / Konfranslar, iclaslar
Oxunub 78 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda noyabrın 29-30-da  “Coğrafiyanın müasir problemləri, elm və təhsilin inteqrasiyasi” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, Bursa Uludağ Universiteti (Türkiyə), Qırğızıstan Təhsil Akademiyası, Cizzax Dövlət Pedaqoji İnstitutu (Özbəkistan) və Tiraspol Dövlət Universitetinin (Moldova) təşkilatçılığı ilə baş tutacaq.

Konfransın əsas bölmələri:

  • Landşaftlardan istifadənin müasir vəziyyəti
  • İqlim və su ehtiyatlarının qiymətləndirilməsi, istifadəsi və qorunması problemləri
  • Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi
  • Torpaqlardan səmərəli istifadə edilməsi və onların ekoloji problemləri
  • İşğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi problemlərə gənc tədqiqatçıların baxışı
  • Regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı və perspektiv istiqamətləri
  • Demoqrafik inkişafın regional xüsusiyyətləri, şəhər və kənd məskunlaşmasının perspektivləri
  • Davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi
  • Regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları
  • Elm və təhsilin inteqrasiyası istiqamətində mövcud problemlər
  • Regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri

Qeyd: Məqalələr  noyabrın 15-nə  qədər qəbul edilir.

Konfransın materialları rəydən keçdikdən sonra müəllifin vəsaiti hesabına çap olunacaq

Mətnin formatı: Microsoft Word (*.doc, *.docx)

Səhifənin formatı: А4 (210x297 мм);

Oriyentasiya: kitab;

Sahələr (yuxarı, aşağı, sol, sağ): 2 см;

Çap: Times New Roman, ölçü (şrift) – 12;

Sətirarası interval: 1;

Paraqraf: 1.25

Məqalənin həcmi: 5-8 səh.

Mətnin orijinallığı: ən azı 70%

Məqalənin içərisində mətnin yeri və quruluşu

İngilis dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə, ortada, şrift 12);
  • Müəllifin adı və soyadı (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • Xülasə (150 – 200 söz, şrift 11);
  • Açar sözlər (5-7 söz, şrift 11);
  • Bir sətir aralı:

Azərbaycan dilində:

  • Məqalənin adı (böyük hərflərlə, qalın şriftlə,ortada, şrift 12);
  • Müəllifin S.A.A (tam) (kiçik hərflər, qalın şriftlə, sağ tərəfdə, şrift 10);
  • Elmi dərəcə, elmi ad, vəzifə (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • İş (təhsil) yeri (kiçik hərflər, sağ tərəfdə, şrift 10);
  • Xülasə (150 – 200 söz, şrift 11,);
  • Açar sözlər (5-7 söz, şrift 11);

Bir sətir aralı:                            

  • Məqalənin əsas mətni bir sətirdən sonra verilir (şrift 12, sətirlərarası interval – 1, paraqraf abzası – 1,25 sm);
  • Ədəbiyyat siyahısı: məqalənin sonunda "İstifadə olunmuş ədəbiyyat" adı ilə verilir və əlifba sırası ilə tərtib edilir (şrift 11). Mətndə ədəbiyyata istinadlar aşağıdakı kimi göstərilir: (Cavid, 2005: s. 78).

Qeyd: Ödəniş yalnız məqalə çapa qəbul ediləndən sonra həyata keçirilir.

Məqalələrinizi – mövzu yerinə konfransın adını yazıb, müraciət ərizəsi ilə birlikdə aspuguba@gmail.com ünvanına göndərməyiniz xahiş olunur.

müraciət ərizəsinin forması

   

Müəllifin S.A.A (tam)

  

Status (elmi dərəcə, elmi ad, vəzifə; doktorant, dissertant, magistrant, bakalavr)

 

İş (təhsil) yeri

 

Əlaqə telefonu

 

E-mail

 

Məqalənin adı

 

Bölmənin adı

 

Məqalənin  tərtİb FORMASI

(nümunə):

UOT:

TITLE OF THE ARTICLE

Nargiz Samedova

PhD, Associate Professor

Baku State University, Azerbaijan

Email:

ORCİD İD: 0000-0001.........

Abstract: text, text, text, text, text (min.150 words).

Key words: text, text, text, text, text (5-7 words).

UOT:

Məqalənin adı

Səmədova Nərgiz Paşa qızı

filol.üzrə fəlsəfə doktoru, dosent

Bakı Dövlət Universiteti, Azərbaycan

Email:

ORCİD İD: 0000-0001.........

Xülasə: Mətn. Mətn. Mətn. Mətn. Mətn (min.150 söz).

Açar sözlər: Mətn. Mətn. Mətn. Mətn. Mətn (5-7 söz).

Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni (Cavid, 2005: s.78). Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni. Məqalənin mətni.  (Гиркин, 1998: с.123).

İstifadə edilmiş ədəbiyyat

  1. Cavid, (2005). Seçilmiş əsərləri: 5 cilddə. III c. –Bakı: Lider nəşriyyatı. – 304 s.
  2. Гиркин, И. В. (1998). Новые подходы к организации учебного процесса с использованием современных компьютерных технологий. // Информационные технологии. № 6. – С. 125-144.

AMEA akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015