AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Coğrafiyaçı mütəxəssiis sahilboyu əraziləri rəng çalarlarına görə müəyyən edib
Sen 13, 2022 | 02:21 / Konfranslar, iclaslar
Oxunub 76 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin mütəxəssisi  Ramin Atakişiyev Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları ilə birgə Abşeron yarımadasının sahil zolağının bəzi sahələrində (Sumqayıt şəhərinin Corat qəsəbəsi, Bakının Kürdəxanı, Mərdəkan və Hövsan qəsəbələri) dron aparatının köməyi ilə tədqiqat işi aparıb.

Tədqiqatdan məqsəd əvvəlcədən seçilmiş ərazilərdə kənar müdaxilələr nəticəsində Xəzər dənizinin sahilə yaxın sahələrində müxtəlif rəng çalarlarının yaranma səbəblərinin öyrənilməsi və qeyd olunan sahələrdə çirklənmə vəziyyətinin qiymətləndirilməsidir.

Mütəxəssis qeyd edib ki, monitorinq keçirilən ərazidə vizual müşahidələr zamanı dəniz səthinin sahildən təqribən 150 metr aralı məsafəyədək 3 rəng çalarlarında qəhvəyi, sarımtıl və mavi rənglərdə olması qeydə alınmışdır ki, bu da ilkin baxışda dənizin müxtəlif mənbələrdən çirklənməsi nəticəsinə gəlinir. Müşahidələr  aparılan zaman sahildən 10-50 metr aralıda olan qəhvəyi rəngin olması həmin ərazidə yosunların mövcudluğunu, sahildən 50-70 metr aralıda sarımtıl rəng həmin sahədə dərinliyin 20-30 sm aralığında dəyişməsi nəticəsində dənizin dibində qumsallığın görünməsini, mavi rəng isə açıq dənizdə suyun şəffaf olmasını deməyə əsas verir.

O həmçinin diqqətə çatdırıb ki, sahil zolağından müəyyən məsafə götürülmüş dəniz suyu nümunəsi üzərində  aparılmış kimyəvi və mikrobioloji təhlillərin nəticəsinə görə suyun çirklilik dərəcəsi, xəstəlik törədən bakteriyaların normadan artıq miqdarı da təyin edilib.

Akademik. H. Əliyev adına

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015