AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin nümayəndəsi RSXM-də olub
Sen 14, 2022 | 02:28 / Konfranslar, iclaslar
Oxunub 68 dəfə

Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olub.

Görüşdə “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Geodinamika” şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov iştirak ediblər. 

Səbinə Kazımova qonağa mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında məlumat verib. Həmçinin qonaq əldə olunmuş nəticələr və hazırda aparılan işlərlə də yaxından tanış olub. 

Görüşdə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  Eləcə də, beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə əməkdaşlığının mümkünlüyü də istisna olunmayıb. 

Müzakirələr zamanı maraq doğuran digər suallara da aydınlıq gətirilib. 

RSXM-nin İnformasiya şöbəsi   

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015