AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM-nin şöbə müdiri “Euronews” telekanalına müsahibə verib
Sen 23, 2022 | 01:30 / Müsahibələr, çıxışlar
Oxunub 83 dəfə

Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Euronews” telekanalına müsahibə verib.

Şöbə müdiri telekanalın aparıcısı Monika Pinnanın Azərbaycandakı palçıq vulkanları və onların öyrənilməsi istiqamətində aparılan tədqiqat işləri ilə bağlı suallarını cavablandırıb.

Səbinə Kazımova müsahibə zamanı ölkəmizdəki palçıq vulkanlarının morfoloji, izotop-kimyəvi xüsusiyyətləri, əmələgəlmə şəraiti və təsnifatına dair məlumatlar verib. Müsahibə zamanı palçıq vulkanı və onun faydalı xüsusiyyətləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, çəkilişlə bağlı “Euronews” telekanalının əməkdaşları RSXM-nin Monitorinq Mərkəzində iş prosesini izləyib, eləcə də bir neçə palçıq vulkanlarının ərazisində olublar.

RSXM-nin İnformasiya şöbəsi

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015