AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
Beynəlxalq Geoinformatika Günləri (İGD) Cİ-nin birgə təşkilatçilığı ilə keçiriləcək
Sen 23, 2022 | 01:38 / Konfranslar, iclaslar
Oxunub 86 dəfə

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu və Turkiyənin Mersin Universitetinin təşkilatçılığı ilə “Coğrafi informasiya vasitələri və məsafədən zondlama” mövzusunda 6-cı Beynəlxalq geoinformatika günləri (İGD) keçiriləcək.

Tədbir bu il  iyunun 20-21-də Coğrafiya İnstitutunda Cİ-nin şöbə müdiri coğrafiya elmləri doktoru Səid Səfərovun təşkilat katibliyi ilə reallaşacaq.

Qitələrarası geoinformatika günlərinin (İGD) keçirilməsindən əsas məqsəd elmi dairələr, sənaye və dövlət müəssisələrindən olan tədqiqatçı və mütəxəssislərin bir araya gəlməsi, geoniformatika sahəsində vacib məsələlərin həllinə yönəlmiş  problemlərin  müasir vəziyyətinin öyrənilməsi və müzakirəsidir.

Texniki onlayn-sessiya və seminarlardan ibarət iki günlük konfrans torpaq resurslarının idarə edilməsi, məsafədən zondlama, kartoqrafiya, CİS, geodeziya və s. sahələrdə onlarla təqdimatı özündə birləşdirir.

Konfransın dəyişilməyən mövzuları və digər məlumatlarla verilən link vasitəsilə  tanış olmaq olar: https://igd.mersin.edu.tr/ .

Coğrafiya İnstitutunun Beynəlxalq

və İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015