May 02, 2023 | 08:56 / Görüşlər
Azərbaycanda səfərdə olan Gürcüstanın İlya Dövlət Universitetinin Yer Elmləri İnstitutunun Seysmoloji Monitorinq Mərkəzinin direktoru professor Tea Godoladze, həmin Mərkəzin əməkdaşı Albert Vuzaladze və «Lab» şirkətinin əməkdaşı Archil İvanaşvili AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində olublar.
Gürcüstanlı seysmoloqlar “Zəlzələlərin tədqiqatı bürosu” və “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşları ilə görüşlər keçiriblər.
Qonaqlar “Zəlzələlərin tədqiqatı bürosu”nun rəis müavini sistem administratoru Ruqiyyə Kərimova, Mərkəzin mühəndis proqramçıları Tahir İsmayılov və Nail Qazıyevlə birlikdə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda quraşdırılmış yeni 22 ədəd seysmik stansiyanın SeisComp5 proqramında yeni serverin quraşdırılmasında iştirak ediblər.