AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunun əməkdaşı Avropa Yer Elmləri Baş Assambleyası iclasında iştirak edib
May 03, 2023 | 09:00 / Konfranslar, iclaslar
Oxunub 51 dəfə

Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Yer Elmləri Baş Assambleyasının (EGU - 2023) növbəti iclası keçirilib.

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov Vyanada Avropa Yer Elmləri Baş Assambleyasında iştirak edib. Alim “The Relationship Between Moderate Earthquakes and Ayazakhtarma Mud Volcano Using the InSAR Technique in Azerbaijan” mövzusunda çıxış edib.  Təqdim edilmiş nəticələr böyük maraq doğurub. Almaniya, İtaliya, Fransa, İsveçrə və digər ölkələrin  alimləri azərbaycanlı həmkarları ilə bu mövzuda müzakirə apararaq  gələcək əməkdaşlıq üçün maraqlarını nümayiş etdiriblər.  

Baş Assembleyanın tədbirinə  107 ölkədən qeydiyyatdan keçmiş 18 831 iştirakçı qatılıb, 938 sessiyada 16357 təqdimat reallaşıb. Bəhruz Əhədov bir sıra təqdimatlarda fəallıq göstərərək yeni yanaşmaların ölkəmizdə  tətbiqi barədə düşündüyünü bildirib.

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015