AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Foto
RSXM əməkdaşları vebinarda iştirak ediblər
May 04, 2023 | 09:51 / Konfranslar, iclaslar
Oxunub 47 dəfə

ABŞ-ın “Kinemetrics” şirkəti  tərəfdaş ölkələrin seysmoloji mərkəzlərinin əməkdaşları üçün növbəti vebinar keçirilib.

Vebinarda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələlərin tədqiqatı bürosu”nun rəisi Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və büro rəisinin müavini Ruqiyyə Kərimova, mühəndis-proqramçısı Nail Qazıyev iştirak ediblər.

Vebinarda “Kinemetrics” şirkətinin prezidenti Mauricio Siudad-Real Mayeləşdirilmiş təbii qaz obyektlərinin kəsintisiz fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edib.

Mauricio Siudad-Real öz məruzəsində mayeləşdirilmiş təbii qaz obyektlərinin zəlzələdən əvvəl, zəlzələ zamanı və zəlzələdən sonra fövqəladə hallarda necə reaksiya verərək daha dəqiq qərarlar qəbul etmək üçün obyektlərə necə nəzarət etdiklərindən danışıb.

Daha sonra iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

Xatırladaq ki, ABŞ-nın “Kinemetrics” şirkəti tərəfindən yeni texnologiyaların və proqramların tətbiqinə dair məlumatlandırma xarakterli vebinarlar hər ay keçirilir və RSXM-nin əməkdaşları bu müzakirələrdə mütəmadi olaraq iştirak edirlər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015