May 05, 2023 | 08:51 / Müsahibələr, çıxışlar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri c.e.d., prof. Əmir Əliyev ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kosmik texnologiyalar və Heydər Əliyev dühası” adlı konfransda iştirak edib.
Onun Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyi tərəfindən təşkil edilmiş tədbirdə “Xəzər dənizinin şimal-qərb sahil ərazilərinin iqlim resursları (Azərbaycan Respublikası akvatoriyasında)” məruzəsi iştirakçıların marağına səbəb olub.
Məruzədə AR Xəzər sahili zonasının təbii iqlim şəraiti kurort-sağlamlıq baxımından çoxillik müşahidə məlumatları əsasında analiz edilib. Xəzər dənizinin səviyyə dəyişmələri ilə əlaqədar sahil zonasında baş verə biləcək proseslər araşdırılıb.