Sep 13, 2023 | 11:00 Görüşlər
Elm Və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu “Beynəlxalq və İctimaiyyətlə Əlaqələr” şöbəsinin əməkdaşı, azərbaycandilli vikipediyanın patrulu Aida Aslanova gənclər və idman naziri Fərid Qayıbovun gənclərlə görüşündə iştirak edib.
Tədbirdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov da iştirak ediblər.
Nazir özünün dəstəyi ilə beynəlxalq tədbirlərə qatılmış gənclərlə görüşündə onların qazandıqları uğurlar, iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıb.
Aida Aslanova çıxış edərək, vikipediya sahəsində gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib. O, Sinqapurda keçirilmiş Beynəlxalq "Wikimaniya 2023" konfransı haqqında danışarkən 2024-cü ildə nəzərdə tutulan türkdilli dövlətlərin vikipediyaçılarının növbəti zirvə görüşünün Bakıda keçiriləcəyini xüsusilə qeyd edib, çıxışının sonunda vikipediyaçılara verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib.
Görüşdən sonra A.Aslanova Space radiosuna vikipediya və Sinqapur səfəri haqqında müsahibə verib.