AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutu əməkdaşının yeni kitabı çapdan çıxıb
Sep 15, 2023 | 16:10 Yeni nəşrlər

Neft və Qaz İnstitutu “Müasir qazmanın nəzəri və tətbiqi problemləri” şöbəsinin müdiri AMEA-nın müxbir üzvü, t.e.d., professor Qalib Əfəndiyev, AMEA-nın həqiqi üzvü, g.-m.e.d., professor Əkpər Feyzullayev və fəlsəfə doktoru Maral Karajanovanın “Neft-qaz texnologiyalarının geoloji əsasları” adlı dərs vəsaiti çapdan çıxıb.

Dərs vəsaitində “neft-qaz işi” ixtisaslı tələbələr üçün  nəzərdə tutulmuş fənnlər üzrə əvvəlki tədris mərhələlərində əldə edilmiş biliklərin tamamlanması məqsədi ilə neft sənayesinin inkişafı tarixindən bəzi qısa faktlar, quyuların qazılması, neftçıxarma texnologiyasının bəzi məsələləri, neft-mədən geologiyasından məlumat, geoloji kəsilişlərin öyrənilməsi üsulları, quyuların quruluşu və digər məsələlər öz əksini tapmışdır. 

Dərs vəsaitindən  məqsəd “Faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı” və “Neft-qaz işi” sahələri üzrə təhsil alan gənc mütəxəssisləri müasir texnologiyalar, geoloji və texnoloji məlumatların əldə edilməsi və təhlili, optimal qərarlar qəbul edilməsi istiqamətində üsul və vasitələrlə tanış etməkdir.

Kitab Azərbaycan Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Elmi şurası və Ş.Yesenov adına Kaspi Dövlət Mühəndislik və Texnologiyalar Universitetinin (Aktau, Qazaxıstan) akademik şurası tərəfindən  çapa tövsiyə olunmuşdur. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023