Coğrafiyaçı alim Qazaxıstan televiziyasına canli müsahibə verib
Jun 20, 2023 | 14:01 Müsahibələr, çıxışlar
Jun 20, 2023 | 14:01 Müsahibələr, çıxışlar
Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Qazaxıstan televiziyasında canlı yayımlanan verilişində iştirak edib.
Xəzərin şimal sahillərində suyun səviyyəsinin kritik dərəcədə azalması probleminin müzakirə olunduğu verilişdə okeanoloq alim Xəzər dənizinin xüsusiyyətləri, səviyyənin tərəddüd problemlərinin başvermə səbəbləri, tarixi vəziyyəti və s. haqqında ətraflı məlumat verib.