AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçılar professor Vüsət Əfəndiyevin xatirəsinə həsr edilmiş seminarda iştirak ediblər
Sep 07, 2023 | 11:20 Yubileylər

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları - baş direktor c.e.d. Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Etibar Bədəlov, Ziyafət Ağayev və Hicran Tahirova Əməkdar elm xadimi, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyevin 70 illik yubileyinə həsr olunmuş Respublika elmi seminarında iştirak ediblər.   

Bakı Dövlət Universitetində keçirilən tədbirdə iştirak edən Universitetin rektoru Elçin Babayev, coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov, kafedra müdirləri, professorlar, uyğun müəssisələrdən nümayəndələr, mərhum yubilyarın qohumları və digər qonaqlar Vüsət Əfəndiyev haqqında məruzə və  çıxışlar ediblər. Bildirilib ki, hazırkı tədbirin keçirildiyi Universitetin 421 saylı auditoriyasına Vüsət Əfəndiyevin adı verilib.

Baş direktor Zakir Eminov “Azərbaycanda əhali coğrafiyasının inkişafı” mövzusunda məruzə edib və baş redaktoru olduğu Coğrafiya İnstitutunun hazırladığı  “Azərbaycan respublikasında  kəndlərin demoqrafik inkişafı və kənd əhalisinin məskunlaşması problemləri” kitabını Universitetə hədiyyə edib.

Vüsət Əfəndiyevin ilk aspirantı olmuş Hicran Tahirova söz alaraq  elmi rəhbəri haqqında xatirələrini bölüşüb. 

Tədbirin sonunda iştirakçılar yubilyarın adını daşıyan auditoriyada xatirə şəkli çəkdiriblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023