AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Cİ əməkdaşları məktəblilərin oplimpiadaya hazırlıq mərhələsində fəal iştirak ediblər
Jun 05, 2023 | 11:11 Maraqlı məlumatlar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini c.ü.f.d. Zaur İmrani və kiçik elmi işçi Bəyimxanım Hüseynova şagirdlərin 19-cu Beynəlxalq coğrafiya olimpiadasında (iGeo)  iştirak etmək üçün seçmə imtahanına hazırlıq dərslərində yaxından iştirak ediblər.

Ölkə komandasına seçmə imtahanı mayın 27-də hazırlıq dərslərinə ev sahibliyi etmis “Fortis Academy”də keçirilib. İmtahanda  Respublika fənn olimpiadaları yuxarı yaş kateqoriyasının qalibləri və təhsildə qrant müsabiqələri çərçivəsində qalib gəlmiş "Şagirdlərin beynəlxalq coğrafiya olimpiadasına hazırlıği" layihəsinin müdavimləri  iştirak edib.  Sınaq imtahanında şagirdlərə 50 sualdan ibarət qapalı və açıq testlər təqdim edilib.

19-cu Beynəlxalq coğrafiya olimpiadası bu il avqustun 8-dən 15-dək  İndoneziyanın Bandunq şəhərində keçiriləcək. Yaşar Seyidəliyevin rəhbərliyi ilə iGeo-da ölkəni təmsil edəcək komanda 16-19 yaşlı gənclərdən ibarət olacaq. Qeyd edək ki, “Fortis Academy”nin şagirdi Murad Qarayev 2022-ci ildə həm Respublika fənn olimpiadalarının gümüş medalına,  həm də eGeo-nun  bürünc medalına sahib çıxmışdır. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023