Jun 01, 2023 | 11:10 Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi c.ü.f.d. Rövşən Kərimov Polşanın Varşava şəhərində Polşa Elmlər Akademiyasının və Almaniyanın elmlər akademiyası statusu daşıyan əsas qurumu “Leopoldina”nın birgə təşkil etdiyi Avropa İqlim Konfransında iştirak edib.
Avropanın və Mərkəzi Asiyanın 45 ölkəsindən 90 nəfərə yaxın alim və tədqiqatçının dəvət olunduğu elmi tədbirdə 7 sessiyadan ibarət dəyirmi stol təşkil olunub. R.Kərimov Cəmiyyətin iqlimə reaksiyası sessiyasında mövzu ətrafında çıxış edərək, iştirakçıların suallarını cavablandırıb. Qonaqlar AFR-in Polşadakı səfirliyində görüşlər keçirib, sosial proqramlarda iştirak ediblər. Tədbirin sonunda iqlim dəyişmələrinə dair Varşava Kommünikesi qəbul olunub.