AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda yay imtahan sessiyasi başlayıb
Jun 01, 2023 | 15:00 Konfranslar, iclaslar

H.Əliyev adına Coğrafiya İnstitutunda AMEA prezidentinin 12  may 2023-cü il tarixli, 91 saylı sərəncamına əsasən  2022/2023-cü tədris ili üzrə təhsil alan I kurs magistrantların yay imtahan sessiyası başlayıb.

Sessiyanın ilk günündə  Geomorfologiya  ixtisası üzrə Relyef əmələgətirici əsas amillər fənnindən və Landşaftşünaslıq ixtisası üzrə Meliorativ landşaft tədqiqatları fənnindən imtahan keçirilib. İmtahanlarda fənn müəllimləri - coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər, Təhsil şöbəsinin müdiri Müseyib Yunusov, Zərnurə Həmidova və Səidə Zeynalova  iştirak ediblər.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023