Sep 22, 2023 | 15:45 Konfranslar, iclaslar
Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d., dosent Samirə Ələkbərova Avropa İttifaqının “Təbii texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən Milli Məsləhət qrupunun iclasında iştirak edib.
Tədbirin keçirilməsindən əsas məqsəd Avropa İttifaqı və Azərbaycan arasında fəlakət risklərinin idarə edilməsi sahəsində əməkdaşlıq aparmaq, fəlakətlərin qarşısının alınması və cavab tədbirlərində milli inklüziv yanaşmanı təşviq edərək bütün müvafiq dövlət qurumları və vətəndaşlıq cəmiyyəti təşkilatları, eləcə də elmi ictimaiyyət arasında qarşılıqlı əlaqəni gücləndirməkdir.
İclasda bir sıra xarici ölkənin Fövqəladə Hallar, Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər və d. nazirliklərin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, İsveçin Mülkü Müdafiə Agentliyinin və İtaliyanın Qızıl Xaç Cəmiyyətinin nümayəndələri iştirak ediblər.