AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Neft və Qaz İnstitutunun əməkdaşları Respublika elmi-texniki konfransda iştirak ediblər
May 16, 2023 | 16:09 Konfranslar, iclaslar

Radiasiya Problemləri İnstitutunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Radiasiya texnologiyalari və onun tətbiqi” mövzusunda elmi-texniki konfrans keçirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın işində İnstitutun əməkdaşları Fəxrəddin Kərimov və Məhərrəm Mehdiyev iştirak ediblər. Tədbirin proqramına daxil olan bölmələrdə Fəxrəddin Kərimov “Karbohidrogen yataqlarının axtarış-kəşfiyyat işlərində radiometrik tədqiqatların tətbiqi” və Məhərrəm Mehdiyev isə “Abşeron yarımadasının neftçıxarma ərazilərındə radioekolojı durumun qiymətləndirilməsi” mövzusunda çıxışlar ediblər.  

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023