AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
AMEA -nın Yer Elmləri bölməsi RSXM futbol komandasının üzvlərini təltif edib
May 15, 2023 | 15:22 Görüşlər

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Spartakiada çərçivəsində keçirilən futbol yarışında çempion olan RSXM-nin futbol komandasının üzvlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib. 

Tədbirdə AMEA nəzdində RSXM-nin baş direktoru AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, icraçı direktor texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov və Mərkəzin kollektivi iştirak ediblər. 

Professor Qurban Yetirmişli RSXM-nin futbol komandasının üzvlərinə çempion olması münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri bölməsinin “Fəxri Fərman”ını, medalları, həmçinin pul mükafatını təqdim edib, idmançılara gələcəkdə həm elm, həm də idman sahəsində uğurlarının davamını arzulayıb. 

Xatırladaq ki, 2018-ci ildə də AMEA-nın Azad Həmkarlar Təşkilatının təşəbbüsü ilə institut və elmi təşkilatların komandalarının yarışdığı II Spartakiada çərçivəsində RSXM-nin futbol komandası birinci yerə çıxmışdı. 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023