AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
RSXM əməkdaşları növbəti təlim keçiblər
May 12, 2023 | 14:55 Konfranslar, iclaslar

AMEA nəzdində RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar orta məktəblərdə “Zəlzələ zamanı davranış qaydaları”mövzusunda  maarifləndirmə tədbirləri davam etdirilir. 

RSXM-nin əməkdaşları paytaxtın Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda təlim keçiblər. Tədbirdə RSXM-nin “Maqnitometriya” şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib. 

Həmçinin Mərkəz əməkdaşları tərəfindən “Zəlzələ zamanı davranış qaydaları”na dair bukletlər paylanılıb şagidləri   maraqlandıran suallar cavablandırılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023