May 12, 2023 | 12:05 Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları – baş direktor c.e.d. Zakir Eminov, Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri c.e.d., professor Rza Mahmudov, aparıcı elmi işçisi c.e.d. Məhəmməd Abduyev, aparıcı elmi işçiləri coğrafiya üzrə fəlsəfə doktorları Mövlud Teymurov və dosent Cuma Məmmədov Azərbaycan Dövlət Su Agentliyinin Ulu Öndər H.Əliyevin 100 illik yubileyi münasibəti ilə "Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır" mövzusunda təşkil etdiyi elmi-praktiki konfransda iştirak ediblər.
Tədbirdə ölkəmizdə su siyasətini həyata keçirən müvafiq dövlət qurumlarının rəhbərləri, mütəxəssislər və alimlər iştirak ediblər. Konfransda mövzuya uyğun çoxsaylı məruzələr dinlənilib və Azərbaycanda su siyasətinin aparılmasında Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət qeyd edilib.
Professor R.Mahmudov Z.Eminov və M.Teymurovla həmmüəllif olduğu "Müasir operativ interaktiv metodlar su ehtiyatlarının qiymətləndirilməsinin və onların idarə olunmasının qarantı rolunda" məruzəsi ilə çıxış edib.
M.Abuyev “Qarabağ və Şərqi Zəngəzur çaylarının kation və anion axımı”, C.Məmmədov isə “Ekoloji mühit tarazlığının pozulmasının xüsusiyyətləri” mövzularında məruzələr təqdim ediblər.