AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiyaçı alim TRT-yə Zəngəzur dəhlizi barəsində müsahibə verib
Oct 12, 2023 | 09:33 Müsahibələr, çıxışlar

Zəngəzur dəhlizi haqqında sənədli filmin çəkilişlərinə başlayan Türkiyənin  TRT kanalının əməkdaşları Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda olublar. 

Televiziya işçiləri müsahibə almaq üçün İnstitutun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsinin müdiri c.ü.f.d., dosent Mirnuh İsmayılova müraciət ediblər. Filmdə çəkilmək üçün  son zamanlar həlli daha da aktuallaşan “Zəngəzur dəhlizi” haqqında müsahibə verməyə razılıq verən alim  mövzuya dair fikirlərini açıqlayaraq, “dəhlizin” təbii coğrafi şəraiti, siyasi coğrafi və sosial iqtisadi əhəmiyyəti haqqında geniş məlumat verib. 

O bildirib ki, bu dəhlizin işə düşməsi istiqamətində Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyev aydın və dəqiq şəkildə güclü siyasi iradə göstərmiş, bunu müvafiq faktlarla əsaslandırmış, iqtisadi əhəmiyyətini təhlil etmişdir.

M.İsmayılov Zəngəzur dəhlizinin regionun və bütövlükdə Avrasiya materikində geosisyasi vəziyyətin yenidən qurulmasında əhəmiyyətli rol oynayacağını, həmçinin region ölkələrinin iqtisadi yüksəlişinə təkan verəcəyini qeyd edib. Bildirib ki, dünyanın aparıcı siyasi və region ölkələrinin siyasi rəhbərləri də öz xalqlarının xeyrinə olan bu layihəni dəstəkləyir.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023