Coğrafiyaçı mütəxəssis Ekoetika verilişində Xəzərin problemlərindən danışıb
Oct 12, 2023 | 15:34 Müsahibələr, çıxışlar
Oct 12, 2023 | 15:34 Müsahibələr, çıxışlar
AzTV-də nümayiş olunan “Ekoetika” verilişinin Xəzər dənizinə həsr edilmiş növbəti sayında Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Xəzərin səviyyə problemi” şöbəsinin böyük elmi işçisi c.ü.f.d Elnur Səfərov tədqiqi ilə məşğul olduğu Xəzər dənizinin hazırki hidroloji xüsusiyyətlərini əvvəlki dövrlərlə müqayisəli şəkildə təhlil edib. Həmçinin Xəzərin ekoloji, hidroloji, səviyyə və digər problemlərinin yeni metodların tətbiqi vasitəsi ilə öyrənilməsi və həlli yollarının tapılması məsələlərindən danışıb.