Oct 16, 2023 | 14:15 Konfranslar, iclaslar
Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin nümayəndələrinin iştirakı ilə “Dağlıq ərazilərin davamlı inkişafı” mövzusunda beynəlxalq forum keçirilib.
MDB-yə üzv olan ölkələrdən 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəznin (RSXM) Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova da iştirak edib.
Qeyd edək ki, beynəlxalq forum çərçivəsində MDB Parlamentlərarası Assambleyasının qərargahında Qazaxıstanın təşkilatçılığı ilə “Seysmik təhlükəsizlik və təbii fəlakətlər” mövzusunda “Dəyirmi masa” keçirilib.
RSXM-nin şöbə müdiri Səbinə Kazımova “Dəyirmi masa”da “Azərbaycan ərazisində seysmik təhlükəsizlik və təbii fəlakətlər” mövzusunda məruzə ilə çıxış edib.