AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Oct 17, 2023 | 16:18 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Əliyev adına Coğrafiya İnstitutu Elmi şurasının iclası keçirilib.

 İnstitutun rəhbəri professor Zakir Eminov gündəlikdə duran məsələləri elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin 20 illiyi münasibəti ilə sıxış edib. 

Baş direktor qeyd edib ki, Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə üzərinə götürdüyü bütün öhdəliklərin ard-arda həyata keçirilməsinə, söz verdiyi vədlərin hamısının yerinə yetirilnəsinə nail olub. Heç də asan keçilməyən bu yol Prezidentin səyi,  gərgin əməyi və əzmi nəticəsində başa gəlib. Yürütdüyü ağıllı siyasət, uzaqgörənliyi, dünyagörüşü, iqtisadi, hərbi bilik və bacarıqları onu dünya ölkələrinin prezidentləri sırasında böyük nüfuz sahibinə, ölkəmizi isə regionda lider ölkəsinə çevirib. 

Geomorfologiya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi dosent Tofiq Qurbanov Qarabağda aparılan 24 saatlıq antiterror əməliyyatı ilə tam Qələbənin qazanılmasından ruhlanaraq qələmə aldığı qısa müraciətini oxuyub. 

Yazının ruscadan tərcüməsini təqdim edirik:

“Cənab İlham Əliyevin Prezidentliyinin 20 illiyinə!

Artıq 75 yaşın içindəyəm və düşünürdüm ki, apardığımız Vətən Müharibəsinin tam qələbəsini görməyəcəyəm. Amma... ən müqəddəs arzum gerçəkləşdi - biz tam və layiqli qələbə çaldıq!

Buna görə rəşadətli Ordumuzla yanaşı, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm.

Məndən soruşsalar ki, prezidentinizi hansı yüksək adla adlandırmaq olar, mən tərəddüd etmədən cavab verərəm: - Ona sadəcə olaraq “Generalissimos AzərAta” deyin.

Hər kəsdən ürəkdən gələn səsimə qulaq asmanızı xahiş edirəm. Çünki Azərbaycan xalqının şərəf və ləyaqətinin əsas müdafiəçisi məhz odur!”

Sonra İnstitutun Həmkarlar Təşkilatının sədri c.ü.f.d., dosent Habil Haqverdiyev baş direktor Zakir Eminovu professor elmi adı alması münasibəti ilə İnstitut kollektivi adından təbrik edib, onun elmi və elmi-təşkilatı fəaliyyəti haqqında iclas iştirakçılarına qısaca məlumat verib. Çıxış edən şöbə müdiri, professor Rza Mahmudov və digərləri tanınmış demoqraf alimin elmi fəaliyyətini yüksək qiymətləndiriblər, çalışqanlığını, yorulmazlığını, zəhmətkeşliyini və məqsədyönlüyünü xüsusi qeyd ediblər və onun bu ada çoxdan layiq olduğunu dilə gətiriblər. 

Daha sonra iclas işini bir sıra cari məsələlərin müzakirəsi ilə davam edib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023