AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Şuşada seysmik stansiyanın açılması istiqamətində işlər davam edir
Oct 18, 2023 | 15:31 Mühüm hadisələr

Türkiyə Respublikası DİN-nin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə edilməsi Agentliyinin (AFAD)-ın AMEA nəzdində RSXM-ə hədiyyə
etdiyi quyudibi seysmik stansiyanın quraşdırılması istiqamətində texniki işlər davam etdirilir. Bununla bağlı AMEA nəzdində RSXM-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov Şuşada səfərdə olub. Hazırda quyudibi stansiyanın yerləşdiriləcəyi quyunun qazılması prosesi davam edir. 
 

Şuşa seysmik stansiyasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə
tutulur.
 

Qeyd edək ki, RSXM tərəfindən Qarabağda, eləcə də digər ətraf rayonlarda da seysmik və geofiziki stansiyaların quraşdırılması nəzərdə tutulur və hazırda bu istiqamətdə işlər davam etdirilir.
 

Məlumatla bağlı videogörüntü aşağıdakı linkdə:
 

https://www.youtube.com/watch?v=A7I8X1ZQCyk

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023