AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Türkiyəli mütəxəssis RSXM-də olub
Oct 20, 2023 | 15:32 Görüşlər

Türkiyə Respublikasının Kocaeli Universitetinin İnşaat bölümünün rəhbəri, professor Tekin Yeken AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub. Görüşdə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM-nin icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrasının müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Əvəz Məmmədov, Mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov və Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər.

Görüşdə əsas müzakirələr Respublika Seysmoloji Xidmət Mərkəzi,  Kocaeli Universiteti və BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrası arasında birgə əməkdaşlıq və elmi tədqiqatların aparılması ilə bağlı olub.

RSXM-nin baş direktoru Qurban Yetirmişli Kocaeli Universiteti ilə Mərkəz arasında uzun illərdir ki, ikitərəfli əməkdaşlıq olduğunu qeyd edərək, birgə elmi tədqiqatlar aparması üçün böyük potensialın və imkanların olduğunu qeyd edib. Həmçinin BDU-nun Seysmologiya və Yer Təkinin fizikası kafedrası ilə RSXM arasında yaxşı əlaqələrin olduğunu qeyd edərək, hər üç qurumun birgə elmi tədqiqatlar aparmasının faydalı olacağına əminliyini ifadə edib.

Kocaeli Universitetinin professoru Tekin Yeken üçtərəfli əməkdaşlığın birgə elmi tədqiqatlar aparılması ilə yanaşı, tərəflər arasında kadrların qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi baxımından da əhəmiyyətli olduğunu deyib.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023