AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Coğrafiya İnstitutunda YAP Yasamal Rayon təşkilatının sədri ilə görüş keçirilib
Oct 30, 2023 | 17:12 Görüşlər

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda  Yeni Azərbaycan Partiyası (YAP)Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevin İnstitut kollektivi ilə görüşü keçirilib. 

Coğrafiya İnstitutunun baş direktoru Emin Zakirov giriş sözü  ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin Partiyanı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələrin bu gün artıq yerinə yetirildiyini diqqətə çatdırıb. Bunlar ölkədə ictimai-siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi,  müstəqil siyasətin aparılması, ən əsası isə ərazi bütövlüyümüzün təmin edilməsi və s. ilə bağlı məsələlərdir. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Hazırda işğaldan azad olunmuş rayonlarda sürətlə bərpa-quruculuq işləri gedir. Həmin rayonların malik olduğu iqtisadi potensialdan səmərəli istifadə ümumilikdə ölkəmizin dayanıqlı inkişafına böyük töhfələr verəcək.

Müəssisə rəhbəri İnstitut əməkdaşlarını daha fəal olmağa, YAP-ın ilk ərazi təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.

Bəxtiyar Nəbiyev çıxışında Azərbaycanın perspektiv inkişafında mühüm rol oynayan və ölkənin gələcək prioritet məqsəd və vəzifələrini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail olduğunu və siyasi təşkilat olaraq daha da gücləndiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq- quruculuq işlərini birbaşa nəzarətdə saxlaması həmin prosesdə uğurun başlıca təminatıdır.

Görüşdə çıxış edən şöbə müdiri professor Rza Mahmudov, elmi işçi Kamran Ramazanlı və YAP-ın İnstitut ilk ərazi təşkilatının sədri Məhbubə Fətullayeva ölkəmizdə zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatların həyata keçirildiyini, vətəndaşların rifahının yaxşılaşdırılmasını başlıca vəzifəsi hesab edən Prezident İlham Əliyevin onların sosial, iqtisadi əmin-amanlıqlarını qoruyan sistemin möhkəmlənməsi üçün cəmiyyətin bütün sferalarında geniş islahatlar aparıldığını qeyd ediblər.

 

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023