AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
“Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Nov 16, 2023 | 09:26 Konfranslar, iclaslar

“Heydər Əliyev İli” ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinin birgə iştirakı ilə tədbir keçirilib.

Əvvəlcə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov Ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdirilməsində müdrik rəhbər  Heydər Əliyevin xidmətləri əvəzolunmazdır. O, müasir tariximizdə hüquqi bazanın yaradılması, təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirlərin həm banisi, həm də təşkilatçısıdır. Məhz onun müdrik siyasəti sayəsində sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı dövlətin təməlinin möhkəmlənməsində mühüm rol oynamışdır. Ümummilli liderin siyasi kursunu ləyaqətlə davam etdirən  prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində ölkəmiz beynəlxalq mövqeyini və nüfuzunu daha da möhkəmləndirir.

Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev çıxışında qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin  həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətli işlər görülüb. 

Tədbirdə çıxış edən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov bildirib ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpası, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub. 

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Sonra qonaqlar qoruğun əməkdaşları ilə birgə Arxeoloji Mərkəzin qarşısında ağac əkiblər.

 

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023