AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
YER ELMLƏRİ BÖLMƏSİ
Alim NASA-nin dəstəyilə keçirilən seminarda iştirak edib
Nov 28, 2023 | 09:29 Konfranslar, iclaslar

Elm və Təhsil Nazirliyi akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov NASA-nın Yer bölməsinin dəstəyi ilə Virginia Tech və Old Dominion Universitetinin təşkil etdiyi seminarda iştirak edib. 

Elm Məlumat Sistemləri Proqramı üzrə NASA-nın UNBOUND COASTAL ISSUES  seminarı sahil zonasının idarə edilməsi üçün modelləşdirmə vasitələri, daşqın riskinin idarə edilməsi üçün  fəza sistemlərinin modelləşdirməsi, dəniz səviyyəsinin qalxması və enməsi problemləri ilə bağlı məlumatların vizuallaşdırılması və sahil problemlərinin insan həyatına təsirinin qiymətləndirilməsi məsələlərini əhatə edir.

Seminar iştirakçıları Yer elmi məlumatlarının istifadəsini təkmilləşdirmək üçün dəyərli rəy və praktiki tövsiyələr alıblar. Sonda iştirakçılara sertifikat təqdim edilib.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023